Menyu

"Səbail"in yeni baş məşqçisi açıqlandı

Əziz Əzizli
"Səbail"in yeni baş məşqçisi açıqlandı

"Səbail"in yeni baş məşqçisi bəlli olub.

Operativ Media xəbər verir ki, Adil Şükürov “Səbail” PFK-nın baş məşqçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə 2026/2027-ci il mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Noyabrın 30-da, saat 16:00-da Adil Şükürov komanda ilə ilk məşqinə çıxacaq, məşqdən 15 dəqiqə öncə KİV nümayəndələri üçün “ASCO Arena”da brifinq təşkil ediləcək.

Qeyd edək ki, Adil Şükürov son olaraq "Kəpəz" klubunu çalışdırıb.

Əlaqəli Xəbərlər