Menyu

Sədərək Ticarət Mərkəzində moped, skuter və motosikletlərin hərəkəti qadağan edilib

Operativ Media
Sədərək Ticarət Mərkəzində moped, skuter və motosikletlərin hərəkəti qadağan edilib

Sədərək Ticarət Mərkəzinin ərazisində bu gündən etibarən moped, skuter və motosikletlərin hərəkəti qadağan edilib.

Operativ Media-nın əldə etdiyi məlumata görə, buna səbəb insan sıxlığının çox olmasıdır.

Məlumata görə, qəza və təhlükəsizlik risklərini minimuma endirmək üçün belə bir addım atılıb.

Qeyd edək ki, xüsusilə bayram dövrlərində mərkəzə gələn ziyarətçilərin sayı artdığından, bu tip nəqliyyat vasitələrinin piyadaların hərəkət etdiyi ərazilərdə sərbəst dolaşması həm alıcılar, həm də satıcılar üçün təhlükə yaradır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər