Menyu

"Qarabağ"ın sabiq hücumçusu Libertadores Kubokunun qalibi oldu

Operativ Media
"Qarabağ"ın sabiq hücumçusu Libertadores Kubokunun qalibi oldu
1 dəq oxu

Ötən gecə Cənubi Amerikanın ən nüfuzlu klub turniri olan Libertadores Kubokunun finalı keçirilib.

Operativ Media xəbər verir ki, həlledici oyunda Braziliyanın iki nəhəngi – “Palmeyras” və “Flamenqo” üz-üzə gəliblər.

Lima şəhərindəki “Estadio Monumental” arenasında baş tutan final matçı “Flamenqo”nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 67-ci dəqiqədə vaxtilə “Real Madrid”də çıxış etmiş müdafiəçi Danilo vurub.

“Qarabağ”dan ayrılaraq “Flamenqo”ya keçən Juninyo da oyunun iştirakçısı olub. O, 85-ci dəqiqədə Bruno Pintonu əvəz edib.

Qeyd edək ki, “Flamenqo” bu qələbə ilə tarixində 4-cü dəfə Libertadores Kubokunun qalibi olub. Braziliya təmsilçisi daha əvvəl 1981, 2019 və 2022-ci illərdə də bu uğura imza atıb.

Əlaqəli Xəbərlər