Menyu

Ukraynalı baş məşqçi "Neftçi" ilə bağlı danışıb

Operativ Media
Ukraynalı baş məşqçi "Neftçi" ilə bağlı danışıb

Yuri Vernidub baş məşqçi təyinatı ilə bağlı artıq "Neftçi" ilə razılığa gəldiyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Operativ Media"Tribuna.com"a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis məsələ barədə bunları deyib:

"Yazırlar ki, mən "Neftçi" ilə razılığa gəlmişəm? Orada kimsə nəsə yazırsa... Heç kimlə, hətta jurnalistlərlə də danışmamışam. Bu, sanki Vatskonun "WhatsApp" mesajı mənə nəsə deyirmiş kimi, bir şeydir. Mən hazırda sadəcə Zaporojyedə gəzirəm, mağazadan çıxmışam, küçə ilə aşağı tərəfə düşürəm".

- Bəs heç olmasa danışıqların mövcudluğunu təsdiqləyə və ya inkar edə bilərsiniz?

- Deməyəcəyəm və demək istəmirəm. Çünki bu, əsassızdır. Nə baş verdiyini bilmədən əvvəlcədən heç nə deməməlisiniz.

Əlaqəli Xəbərlər