Cəmil Həsənli sərbəst buraxılıb - YENİLƏNİB
Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli Ramiz Mehdiyevin cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilib.
Operativ Media xəbər verir ki, Cəmil Həsənli ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
14:49
Milli Şuranın sədri Cəmil Həsənli dindirilmək üçün Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb.
Operativ Media xəbər verir ki, o, Prezident Aadministrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə şahid qismində cəlb edilib.
Qeyd edək ki, Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib.
O, sosial şəbəkə hesabında bildirib ki, bu gün guya "qızının ailəvi tədbiri ilə bağlı" həyat yoldaşı ilə Dubaya getmək istəyirmiş.
Lakin aeroportda ona ölkədən çıxış məhdudiyyəti tətbiq edildiyini öyrənib.