Menyu

Türkiyədə qasırğa nəticəsində limandakı qayıqlar batıb

Türkiyədə qasırğa nəticəsində limandakı qayıqlar batıb
1 dəq oxu

Türkiyənin İskəndərun rayonunda qasırğa nəticəsində limandakı qayıqlar batıb.

"Operativ Media" xəbər verir ki, İskəndərun körfəzində əsən şiddətli cənub-qərb küləyi sakinlərin həyatına təsirsiz ötüşməyib.

Balıqçıların limandakı qayıqlarının bir çoxu batıb. Qayıqlarla yanaşı, bir yük maşını da suyun altında qalıb.

Bildirilib ki, 6 fevralda baş vermiş zəlzələlərdən sonra sahil zolağı zədələnib.

Əlaqəli Xəbərlər