"Qarabağ"ın rəqibinin matçı yarımçıq dayandırılıb
Əziz Əzizli

Niderland çempionatının 14-cü turu çərçivəsində keçirilən "Ayaks" - "Qroningen" matçı yarımçıq dayandırılıb.
Operativ Media xəbər verir ki, buna səbəb ev sahibi komandanın azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsi olub.
Oyunun baş hakimi matçı 5-ci dəqiqədə saxlayıb.
Klub açıqlamasında həmin sektor üzrə pirotexniki vasitələrdən istifadə edən azarkeşlərin axtarışına başlandığını bildirib.
Qeyd edək ki, "Ayaks" dekabrın 10-da Bakıda "Qarabağ"la üz-üzə gələcək. Çempionlar liqasında 5 turdan sonra Niderland təmsilçisi xal toplaya bilməyib və sonuncu pillədə qərarlaşıb.