Ana səhifə / İdman / Azərbaycan millisinin üzvü oynadı, komandası məğlub oldu Azərbaycan millisinin üzvü oynadı, komandası məğlub oldu 01.12.2025, 09:10 Əziz Əzizli Niderland Eredivizianın 14-cü turunun oyunları keçirilir.Operativ Media xəbər verir ki, Azərbaycan millisinin vingeri Ozancan Kökçünün çıxış etdiyi "Volendam" səfərdə PSV-yə 0:3 hesabı ilə uduzub.Kökçü meydana bütün qollar vurulduqdan sonra, 61-ci dəqiqədə daxil olub.Qeyd edək ki, hazırda "Volendam" 14 xalla turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.