Menyu

"Qarabağ" rəhbərliyi türkiyəli jurnalistlərə forma hədiyyə etdi - VİDEO

Əziz Əzizli
"Qarabağ" rəhbərliyi türkiyəli jurnalistlərə forma hədiyyə etdi - VİDEO

"Qarabağ" FK rəhbərliyi Türkiyədə yayımlanan "Beyaz Futbol" verilişinin aparıcılarına forma hədiyyə edib.

Operativ Media xəbər verir ki, bu haqda verilişin aparıcısı Ertem Şener sosial media hesabında paylaşım edib.

Formaların üzərində aparıcıların adı və 44 nömrəsi yazılıb.

Qeyd edək ki, Ertem Şener Bakıda olarkən "Qarabağ"ın rəhbərliyi və Qurban Qurbanovla görüşüb və onlara Türkiyə millisinin imzalı formasını hədiyyə edib.

Əlaqəli Xəbərlər