Ana səhifə / İdman / Azərbaycan PL: Felipe Santos 100-cü oyununa çıxdı Azərbaycan PL: Felipe Santos 100-cü oyununa çıxdı 01.12.2025, 10:55 Əziz Əzizli Felipe Santos Misli Premyer Liqasında 100-cü oyununu keçirib.Operativ Media xəbər verir ki, braziliyalının yubileyi XIII tura təsadüf edib.O, “Qəbələ” ilə səfər matçına (1:2) start heyətində çıxıb. Felipe 100 qarşılaşmada 21 qol vurub.Cənubi amerikalı Premyer Liqada üç klubda çıxış edib. O, “Şamaxı”da 21 (6 qol), “Qəbələ”də 35 (3 qol), “Araz-Naxçıvan”da 44 (12 qol) matç keçirib.Qeyd edək ki, Premyer Liqada debütü 2021/22 mövsümünə təsadüf edən Santos çempionatda 100 və daha çox oyun keçirən 448-ci futbolçudur.