Menyu

MİDA Bakıda 48 min manata mənzillər satışa çıxarır

Operativ Media
MİDA Bakıda 48 min manata mənzillər satışa çıxarır

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Binəqədi Yaşayış Kompleksi üzrə 204 mənzilin satışı 3 dekabr saat 11:00-da başlayacaq və 12 dekabr saat 11:00-da başa çatacaq.

Operativ Media bu barədə Agentliyin saytından məlumat əldə edib.

Məlumata görə, Binəqədi Yaşayış Kompleksində satışa çıxarılan mənzillərin qiymətləri aşağıdakı kimi olacaq:

Studio tipli mənzillər – 48 120 manat

2 otaqlı mənzillər – 69 240 manat

3 otaqlı mənzillər – 87 480 manat

4 otaqlı mənzillər – 118 800 manatdan başlayır

Satış prosesi "Güzəştli mənzillərin satışına dair qaydalar"a uyğun şəkildə aparılacaq. Qaydaların 5.6-cı bəndinə əsasən, mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız ilkin razılıq alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür.

Əlaqəli Xəbərlər