Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb
Operativ Media
Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Bölməsinin əməkdaşlarının tədbirləri ilə Xəzər dənizidə qadağan edilən üsul və vasitələrlə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Operativ Media-ya verilən məlumata görə, tədbir zamanı R.Musayevdən "Yamaha" mühərrikli motorla təchiz edilmiş qayıq, sintetik tor, ov alətləri, eləcə də qanunsuz olaraq ovlanan müxtəlif növ balıq aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net