Menyu

2025-cı il dünya çempionatının favoritləri açıqlanıb

Əziz Əzizli
2025-cı il dünya çempionatının favoritləri açıqlanıb

İspaniya millisi 2026-cı il dünya çempionatının qalibi olmağa əsas namizəddir.

Operativ Media xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.

Platformanın superkompüterinə görə, hazırkı Avropa çempionu İspaniyanın turnirdə qalib gəlmək şansı 17 faizdir. Fransa 14,1 faiz ehtimalla turnirin qalibi olmaq üçün ikinci favoritdir. İngiltərə 11,8 faiz ehtimalla üçüncüdür.

Hazırkı dünya çempionu Argentina dördüncü (8,7 faiz), beşinci yerdə Almaniya (7,1), Portuqaliya (6,6) və Braziliya (5,6) ardıcıl qərarlaşıb.

2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək.

Əlaqəli Xəbərlər