Argentinada Messinin heykəli dağıdılıb
Əziz Əzizli

Argentina şəhərində Lionel Messinin heykəli yenidən vandalizm aktına məruz qalıb.
Operativ Media "Diario Registrado"ya istinadən xəbər verir ki, hadisə bazar günü səhər baş verib. Mar del Platanın mərkəzində, El Nuevo Mundial barının yanında qoyulmuş Messi heykəli iki yerə bölünüb, başı və bədəni isə ayaqlarının yanında yerləşdirilib.
Qeyd olunur ki, əvvəlcə naməlum şəxslər Buenos-Ayresdə Argentina yığmasının qapıçısı Emiliano Martinesin təsviri olan muralı da zədələmişdilər.
2018-ci ildə qoyulmuş Messi heykəli bundan əvvəl də vandalizm aktına məruz qalmış və bərpa edilmişdi.