Menyu

AZAL biletlərə 35%-dək endirim tətbiq edib

Operativ Media
AZAL biletlərə 35%-dək endirim tətbiq edib

Azərbaycan Hava Yolları (AZAL) "Cyber Monday" endirim kampaniyasına start verib.

Operativ Media xəbər verir ki, sərnişinlər bu kampaniya çərçivəsində aviabiletləri 35%-dək endirimlə əldə edə bilərlər.

Şirkətin məlumatına görə, endirim 1 dekabr 2025 – 17 mart 2026 tarixləri arasında yerinə yetiriləcək uçuşlara şamil olunur. Aksiyadan yararlanmaq üçün biletlər yalnız AZAL-ın mobil tətbiqirəsmi saytı üzərindən əldə edilməlidir.

Endirimdən istifadə etmək istəyən sərnişinlər CM2025 promokodunu qeyd etməlidirlər.

Kampaniya məhdud sayda biletləri əhatə edir və endirimdən yalnız bu gün saat 00:00-dək yararlanmaq mümkündür.

Əlaqəli Xəbərlər