"Kayrat"ın sabiq baş məşqçisi 46 yaşında vəfat etdi
Operativ Media
“Kayrat” klubunun keçmiş baş məşqçisi Kirill Keker vəfat edib.
Operativ Media xəbər verir ki, bu barədə Almatı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssis 46 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.
Keker 2022-ci ildə Kurban Berdıyevin “Kayrat”dan ayrılmasından sonra komandaya baş məşqçi təyin edilmişdi. İki il burda çalışan mütəxəssis daha sonra “Ordabası”da işləyib. Mütəxəssis son olaraq Qazaxıstanın U-19 yığmasına rəhbərlik edirdi.
Kurban Berdıyev hazırda “Turan Tovuz”u çalışdırır.