Menyu

Marselino La Liqada noyabr ayının ən yaxşı məşqçisi seçilib

Əziz Əzizli
Marselino La Liqada noyabr ayının ən yaxşı məşqçisi seçilib

"Vilyarreal"ın baş məşqçisi Marselino Qarsiya İspaniya çempionatında noyabr ayının ən yaxşı məşqçisi seçilib.

Operativ Media bu barədə La Liqanın mətbuat xidmətinə istinadən xəbər verir.

60 yaşlı ispaniyalı səsvermədə "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone və "Barselona"nın baş məşqçisi Hans-Diter Fliki qabaqlayıb.

2025-ci ilin noyabrında “Vilyarreal” “Rayo Valyekano” (4:0), “Espanyol” (2:0), “Malyorka” (2:1) və “Real Sosyedad”ı (3:2) məğlub edib.

"Sarı"lar İspaniya çempionatının turnir cədvəlində 14 oyundan sonra 32 xalla üçüncüdür .

Əlaqəli Xəbərlər