Menyu

AVF rəsmisi CEV Kubokunun 1/16 final oyununa supervayzer kimi təyinat aldı

Operativ Media
AVF rəsmisi CEV Kubokunun 1/16 final oyununa supervayzer kimi təyinat aldı

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer kimi təyinat alıb.

Bu barədə Operativ Media-ya AVF-dən məlumat verilib.

Z.Gözəlbəyli qadın voleybolçular arasında CEV Kubokunun 1/16 final mərhələsində Türkiyənin "Qalatasaray" və Portuqaliyanın "Portu" komandaları arasında keçiriləcək oyunda hakimlərin fəaliyyətinə nəzarət edəcək.

Dekabrın 3-də İstanbulda reallaşacaq qarşılaşmanın hakimləri italiyalı Mauro Karlo Qoitre və finlandiyalı Marko Oravaynen olacaq.

Əlaqəli Xəbərlər