Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.
Operativ Media xəbər verir ki, həmyerlimiz qadın voleybolçuların CEV Kubokunda Yunanıstanın “AC PAOK Thessaloniki” və Sloveniyanın “OTP Banka Branik Maribor” komandaları arasında keçiriləcək oyunu baş hakim kimi idarə edəcək.
Matçın ikinci hakimi isə polşalı Piotr Krol olacaq.
Qeyd edək ki, oyun 3 dekabr tarixində Yunanıstanda keçiriləcək.