“Azəripək”in sədri: “Fabrikdə çalışanların böyük hissəsini qadınlar təşkil edir”
Operativ Media
Şəkidə fəaliyyət göstərən baramaaçan fabrikdə hazırda tam təbii xam ipək, həmçinin kələğayı və parça istehsalı aparılır.
Operativ Media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə təşkil olunan mediaturda “Azəripək” MMC-nin direktoru Anar Daşaşev bildirib.
Onun sözlərinə görə, müəssisədə 120 işçi çalışır və onların böyük hissəsini qadınlar təşkil edir.
Jurnalistlər ipəkçilik ənənələri ilə yaxından tanış olmaq üçün “Azəripək” ASC-nin istehsalat sahələrinə də baxış keçiriblər.
Burada xam ipək açma, toxuculuq, boyaq-bəzək, burucu və xalça sexləri fəaliyyət göstərir. Müəssisədə müxtəlif ipək məmulatları — kələğayı, şərf, çitmə və digər məhsullar hazırlanır və bu məhsullar xarici bazarlara ixrac olunur.