"Barselona"nın yarımmüdafiəçisi 3 həftəlik sıradan çıxdı
Əziz Əzizli
"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo İspaniya çempionatının 19-cu turunun "Atletiko Madrid"ə qarşı keçirilən matçında (3:1) zədələnib.
Operativ Media xəbər verir ki, insayder Fabrizio Romanonun kluba istinadən sosial mediada verdiyi məlumata görə, 27 yaşlı ispaniyalı çiyninin yerindən çıxdığı üçün üç həftə yaşıl meydanlardan uzaq qalacaq.
Olmo bu mövsüm bütün turnirlərdə 17 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
"Transfermarkt" Olmonun transfer dəyərini 60 milyon avro qiymətləndirir.