Menyu

Dieqo Simeone: Rafinyanın hələ də "Qızıl top" almamasını anlamıram

Əziz Əzizli
Dieqo Simeone: Rafinyanın hələ də "Qızıl top" almamasını anlamıram

"Ateltiko Madrid"in baş məşqçi Dieqo Simeone İspaniya çempionatının 19-cu turunda “Barselona”ya 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra kataloniya klubunun hücumçusu Rafinyanın çıxışını dəyərləndirib.

Operativ Media xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb.

“Rafinya inanılmaz futbolçudur. O, harada istəsən oynaya bilər, həm cinah vingeri, həm yarımmüdafiəçi, həm hücumçu, hətta cinah müdafiəçisi kimi. Qol vurmaq, qol epizodları yaratmaq, pressinq etmək və çox qaçmaq bacarığı var. Hələ də “Qızıl top” qazanmamasını anlamıram. Şəxsən mən hər zaman onu seçərdim”, — deyə Simeone bildirib.

“Barselona” 37 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. “Atletiko” isə 31 xalla 4-cü pillədə qərarlaşıb.

Əlaqəli Xəbərlər