Menyu

Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir- FAKTİKİ HAVA

Operativ Media
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir- FAKTİKİ HAVA

Yağan qarın hündürlüyü Şahdağda 3, Qrız (Quba) və Lazada (Qusar) 2 sm-dir.

Operativ Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin dekabrın 3-ü saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

Dağlıq ərazilərdə - Kəlbəcər, Laçın, Şahdağ, Daşkəsən, Gədəbəy, Xınalıq (Quba), Qrız(Quba), Lazada(Qusar) qar yağır.

Düşən yağıntının miqdarı Qobustanda 14, Şamaxıda 12, Bakıda və Abşeron yarımadasında 5, Şəkidə 4, Xızı və Göyçayda 3, Şabran və Qubada 2, İsmayıllı, Goranboy, Şəmkir, Gəncə, Sarıbaş (Qax), Culfa, Astara, Mingəçevir, Yevlax, Kürdəmir, Sabirabad, Naftalan, Tərtər, İmişli, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin sürəti arabir 17 m/s-dək güclənir.

Şamaxı, Xızı, Naxçıvan, Quba, Qusar, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər