Aktau yaxınlığında “AZAL”a məxsus təyyarə qəzası üzrə araşdırma yekunlaşır
Qazaxıstan Nəqliyyat Nazirliyinin 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında "Azerbaijan Airlines" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırması yekunlaşmaq üzrədir.
Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, istintaq iki hissəyə bölünüb. Cinayət tərkibi Baş Prokurorluqda, aviasiya qəzasının özü isə Nəqliyyat Nazirliyində araşdırılır.
"Nəqliyyat Nazirliyi araşdırmasının son mərhələsindədir. Hazırda lisenziya verənlərdən və texnologiya, aeronaviqasiya alətləri və s. sahiblərinin yekun hesabatını gözləyirik. Nəqliyyat Nazirliyinin araşdırmasını yekunlaşdırmağa hazırıq. Baş Prokurorluğa gəlincə, orada da qonşu dövlətlərin rəhbərlərinin müxtəlif bəyanatları var. Ona görə də ümid edirik ki, gələn il də başa çatacaq”, - deyə baş nazirin müavini bildirib.