İndoneziyada torpaq sürüşməsi baş verib
Əziz Əzizli
İndoneziyanın Natuna bölgəsində baş verən torpaq sürüşməsində ilkin məlumatlara görə, 15 nəfər həyatını itirib, onlarla adam itkin düşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin rəsmiləri məlumat yayıb.
Bildirilir ki, güclü yağışlar nəticəsində Natunanın Serasan kəndində torpaq sürüşməsi baş verib və kənddəki evlər sürüşmə zamanı torpaq qalaqlarının altında qalıb.
Axtarış-xilasetmə işləri zamanı 15 nəfərin cəsədinin tapıldığını bildirən səlahiyyətlilər, ölənlərin sayının artmasından narahat olduqlarını vurğulayıblar.
Hazırda axtarış-xilasetmə işlərinin davam etdiyini bildirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net