ABL: "Sərhədçi" "Ordu"ya, "Neftçi" "Gəncə"yə qarşı
Operativ Media
Bu gün Azərbaycan Basketbol Liqasında 8-ci tura start veriləcək. Operativ Media xəbər verir ki, turun ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
B qrupunda “Sərhədçi” “Ordu” ilə üz-üzə gələcək. Matç saat 17:00-da start götürəcək. “Ordu” qrupda 14 xalla liderdir. 9 xala malik “Sərhədçi” sonuncu – altıncıdır.
A qrupunda isə “Neftçi” “Gəncə” ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 20:00-da başlayacaq. “Gəncə” 8 xalla dördüncü, “Neftçi” 7 xalla beşincidir.
Hər iki görüş “Sərhədçi” İdman Mərkəzində baş tutacaq.