Menyu

Qobunun bir sıra hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Operativ Media
Qobunun bir sıra hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Qobu qəsəbəsində 3 dekabr tarixində 35/0.4 kV-luq Komplekt Transformator Məntəqələrində (KTM) təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 13:00-dan 15:00-dək qəsəbənin bəzi ərazilərində – Səməd Vurğun və Hərbi şəhərçik küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Operativ Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Əlaqəli Xəbərlər