Menyu

16 yaşlı futbolçu Cud Bellinqemin rekordunu qırdı

Operativ Media
16 yaşlı futbolçu Cud Bellinqemin rekordunu qırdı

Almaniyanın II Bundesliqa təmsilçisi "Herta"nın 16 yaşlı yarımmüdafiəçisi Kennet Ayxorn İspaniyanın "Real" klubunda çıxış edən Cud Bellinqemin rekordunu qırıb.

Operativ Media xəbər verir ki, yeniyetmə futbolçu bunu Almaniya Kubokunun 1/8 final mərhələsində, öz meydanlarında "Kayzerslautern"i (6:1) məğlub etdikləri matçda reallaşdırıb.

K.Ayxorn II Dünya Müharibəsindən sonra Almaniya Kubokunda qol vuran ən gənc futbolçu olub. O, bunu 16 yaş 128 günlüyündə olarkən edib.

Qeyd edək ki, C.Bellinqem bu uğura 17 yaş 77 günlüyündə nail olmuşdu.

Əlaqəli Xəbərlər