Alonso, Arteta və Luis Enrike "İlin məşqçisi" mükafatına namizəd oldular
Operativ Media
2025 Globe Soccer Awards-ın "Dünyada ilin məşqçisi" mükafatına son namizədlərin adları açıqlanıb .
Operativ Media xəbər verir ki, siyahıda Xabi Alonso (“Real Madrid”), Mikel Arteta (“Arsenal”), Luis Enrike (PSJ), Hans-Diter Flik (“Barselona”), Enzo Mareska (“Çelsi”) və Arne Slot (“Liverpul”) yer alıb.
Mükafatın əvvəlki qalibi “Real Madrid”ə rəhbərlik edən italiyalı mütəxəssis Karlo Ançelotti olub.
Mükafatlandırma mərasimi 28 dekabr 2025-ci ildə Dubayda (BƏƏ) keçiriləcək.