Menyu

"Arsenal"ın iki futbolçusu "Brentford"la oyunda zədələndi

Əziz Əzizli
"Arsenal"ın iki futbolçusu "Brentford"la oyunda zədələndi

"Arsenal"ın futbolçuları Deklan Rays və Kristian Moskera Premyer Liqanın 14-cü turunda "Brentford"a 2:0 hesabı ilə qalib gəldikləri oyunda zədələniblər.

Operativ Media xəbər verir ki, matçdan sonra baş məşqçisi Mikel Arteta futbolçuların zədələrindən danışıb.

"Hələlik zədələrin şiddətini bilmirik. Müayinələrin nəticələrini gözləməliyik. Onlar oyundan çəkilməli olublar, bu həmişə pisdir. Baxacağıq", - deyə təcrübəli mütəxəssis bildirib.

21 yaşlı Moskrea 44-cü dəqiqədə, 26 yaşlı Rays isə ikinci hissənin sonunda əvəzlənib.

Premyer Liqa turnir cədvəlinə 33 xalla "Arsenal" başçılıq edir. Brentford 19 xalla 12-cidir.

Əlaqəli Xəbərlər