"Real Madrid"in müdafiəçisi zədələndi
Əziz Əzizli

"Real Madrid"in müdafiəçisi Trent Aleksander-Arnold İspaniya çempionatının 19-cu turunda "Atletik Bilbao" ilə oyunda zədələnib.
Operativ Media xəbər verir ki, onu 57-ci dəqiqədə Raul Asensio əvəzləyib.
Jurnalist Xose Luis Sançezin X sosial şəbəkəsində yazdığına görə, 27 yaşlı ingilis uzun müddətə sıradan çıxıb və çətin ki, 2025-ci ildə oynaya bilsin.
Aleksander-Arnold yayda "Liverpul"dan "Real Madrid"ə keçib. O vaxtdan bəri 16 matçda iştirak edib və 3 məhsuldar ötürmə edib.
"Real Madrid"in 36 xalı var və turnir cədvəlində lider "Barselona"dan bir xal geri qalaraq ikinci yerdədir.