Neymar 17 dəqiqəyə het-trik etdi
Əziz Əzizli

Braziliya çempionatının 37-ci turunun matçında "Santos" "Yuventude"yə 17 dəqiqə ərzində 3 qol vurub.
Operativ Media xəbər verir, matç 3-0 hesabı ilə yekunlaşıb.
Hər üç qolu hücumçu Neymar vurub. 33 yaşlı braziliyalı bu mövsüm bütün turnirlərdə 27 matçda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.
Noyabrın sonunda Neymarın dizindəki problemlərə görə 2025-ci ilin qalan hissəsini buraxacağı bildirilmişdi. Futbolçu Mirasolla 1:1 hesablı heç-heçənin sonlarında zədə alıb və bundan sonra bir oyunu buraxıb.