Menyu

Bakı restoranlarında Yeni il gecəsi- QİYMƏTLƏR

Ayşən Sadıxzadə
Bakı restoranlarında Yeni il gecəsi- QİYMƏTLƏR

Yeni il ərəfəsində restoranların qiymət siyasəti adətən dəyişir. Bu dövrdə insanların istirahətə, əyləncəyə və xüsusilə də bayram gecəsini xüsusi məkanda keçirməyə marağı artır. Tələbat çoxaldığı üçün bir çox restoranlar menyu paketlərini yeniləyir, xüsusi proqramlar hazırlayır və bunun nəticəsində qiymətlər də adi günlərlə müqayisədə bir qədər yüksələ bilər.

Operativ Media 31 dekabr günü Bakıda restoran qiymətləri ilə bağlı araşdırma aparıb. 

“Ruby 360” - 1 nəfər üçün dənzikənarı məsalar 300 AZN, orta masalar 250 AZN. Qiymətə fix menyu və şou proqram daxildir. 

“Chayki” - 1 nəfər 300 AZN. 5-12 yaş uşaqlar isə 150 AZN. Menyu və şou proqram qiymətə daxildir. 

“Sədəf restaurant” - 1 nəfər 100 AZN. Şou proqram və menyu qiymətə daxildir. 

“Lido restaurant” - 1 nəfər üçün 150-200 AZN. Qiymətə menyu və şou proqram daxildir. Masalar minimum 4 nəfərlikdir. 

“Zil Restaurant”- 1 nəfər 150 AZN. 6-12 yaş uşaqlara 50 faiz endirim. Menyu və şou proqram qiymətə daxildir.

“Gardenbaku Restaurant” - 1 nəfər 120 AZN. 6-11 yaş 50 faiz endirim. 5 yaşdan kiçiklər ödənişsiz olacaq. Qiymətə menyu və şou proqram daxildir. 

“Cıdır Baku” - 1 nəfər üçün 150, 200 və 250 AZN. Qiymətə fix menyu və şou proqram daxildir. 

“Laterrace” - 1 nəfər 100 AZN. Menyu və şou proqram qiymətə daxildir. 

“13 Restaurant” - 2 nəfər üçün 350 AZN. Qiymətə menyu və şou proqram daxildir.

“Cratos Restaurant” - 1 nəfər üçün 150 - 200 AZN. 5 yaşa qədər uşaqlar pulsuz. 5-10 yaş arası uşaqlar yarı ödəniş. Qiymətə şou proqram və menyu daxildir.

“Narsharab Restaurant” - 1 nəfər üçün Kristal Hall 270 AZN, Maxim Hall 190 AZN, Golden Hall 160 AZN. 0-5 yaş 1 uşaq ödənişsizdir. 6-10 yaş uşaqlar isə yarı qiymətdir. 

“Lachate restaurant” - Masalar minimum 6 nəfərlikdir. 1 nəfər üçün qiymət 50-60 AZN. Menyu və şou proqram qiymətə daxildir.  

Əlaqəli Xəbərlər