Menyu

"Araz-Naxçıvan”ın “Benfika” ilə cavab oyunu üçün heyəti açıqlanıb

Operativ Media
"Araz-Naxçıvan”ın “Benfika” ilə cavab oyunu üçün heyəti açıqlanıb

Azərbaycanın “Araz-Naxçıvan” komandası futzal üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin Lissabonda Portuqaliya “Benfika”sı ilə sabah keçiriləcək cavab oyunu üçün (ilk oyun – 0:9) heyətini açıqlayıb.

Operativ Media xəbər verir ki, komandanın heyətində 13 futzalçı yer alıb.

Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli;

Meydan oyunçuları: Ədalət Ələkbərov, Ülvi Əliyev, Mirzə Əmirov, Perruzo, Filipinyo, Karlos Bertuala, Covanni, Qüdrət Qasımzadə, Luici Lonqo, Aleks Rezende, Teyşeyra Barbosa.

Komandalar arasında görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Əlaqəli Xəbərlər