Bədavi Hüseynov: Özümü başqa komandada təsəvvür edə bilmirəm
Əziz Əzizli
Özümdə güc hiss edirəm və hələ də oynamaq istəyirəm.
Operativ Media xəbər verir ki, bunu "Karvan-Yevlax"la kubok oyunundan sonra “Qarabağ”ın 34 yaşlı müdafiəçisi Bədavi Hüseynov jurnalistlərə açıqlamasında deyib.
O, karyerasını bitirməyi düşünmədiyini bildirib.
"Mövsümün sonunda hoca (Qurban Qurbanov nəzərdə tutulur -red.) ilə danışacağıq. Lakin mən özümdə güc hiss edirəm və hələ də oynamaq istəyirəm. Əgər komandaya faydam dəyəcəksə, niyə də karyeramı davam etdirməyim?! Özümü başqa komandada təsəvvür edə bilmirəm. Ümid edirəm ki, Qurban Qurbanov "xidmətinə ehtiyac duymuram" deməz.