Sumqayıtda “mebel alqı-satqısı” adı altında dələduzluq edən şəxs saxlanılıb
Operativ Media
Sumqayıt şəhərində dələduzluq faktları qeydə alınıb. Zərərçəkənlərdən birinin “mebel alqı-satqısı” adı altında, digərinin isə “işə düzəltmək” vədi ilə aldadılaraq ümumilikdə 12000 pul vəsaitinin ələ keçirilməsi ilə bağlı polisə müraciətlər daxil olub.
DİN Mətbutat xidmətindən Operativ Media-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də dələduzluğa görə məhkum olunmuş 40 yaşlı T.Allahyarov və 49 yaşlı A.Allahyarov müəyyən olunaraq saxlanılıblar.
Şəhər ərazisində keçirilən digər tədbir nəticəsində isə vətəndaşın bank kartında olan pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı M.Əliyev də saxlanılıb.
Faktlar üzrə araşdırmalar aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net