Menyu

Dünya Çempionatı: Azərbaycan boksçusu 1/16 finala yüksəldi

Operativ Media
Dünya Çempionatı: Azərbaycan boksçusu 1/16 finala yüksəldi

Azərbaycan boksçusu Məhəmmədəli Aşurəliyev (60 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Operativ Media-nın məlumatına görə, o, 1/32 finalda Visdom Barnorla (Syerra-Leone) qarşılaşıb.

Boksçu döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə xeyrinə bitirib. Dünya çempionatında debütdə qələbə qazanan Aşurəliyev növbəti görüşündə ilk mərhələdən azad olan Mrema (Tanzaniya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, millimiz dünya çempionatına 11 boksçu ilə yollanıb.

Əlaqəli Xəbərlər