Hindistan orta mənzilli yer-hava raketini sınaqdan keçirib
Nərmin Qocamanlı
Hindistan donanması orta mənzilli “yer-hava” raketini sınaqdan keçirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin sözçüsü tviterdə bildirib.
Açıqlamada orta mənzilli yer-hava raketinin (MRSAM) sınağının INS Visakhapatnam esminesindən həyata keçirildiyini bildirib.
Sözçü bildirib ki, sınaqdan keçirilən orta mənzilli yer-hava raketi Hindistan Müdafiə Nazirliyinin R&D bölməsi və İsrailin IAI şirkəti tərəfindən birgə hazırlanıb.
Teqlər:
"Hindistan orta mənzilli yer-hava raketini sınaqdan keçirib"