Menyu

Messi: "Argentina daha bir Dünya Kuboku qazanmağa çalışacaq"

Operativ Media
Messi: "Argentina daha bir Dünya Kuboku qazanmağa çalışacaq"

Dünya çempionatında istənilən komanda bizə problem yarada bilər.

Operativ Media xəbər verir ki, bunu Argentina millisinin hücumçusu Lionel Messi milli komandasının 2026-cı ildə Dünya Çempionatı kubokunu yenidən qazanmaq şansları ilə bağlı fikirlərini bölüşərkən deyib.

O, DÇ-2026-da təzyiqsiz oynayacaqlarını vurğulayıb.

"Düşünürəm ki, bizim əla komandamız var və biz yenə kuboku qazanmağa çalışacağıq. Bununla belə, istənilən xırda şey sizi çempionluqdan kənarlaşdıra bilər. İstənilən komanda problem yarada bilər - dirəyə vurmaqla və ya penaltilərdə uduzmaqla mübarizədən kənarlaşdırıla bilərsiniz".

Futbolçu qeyd edib ki, 2022-ci il dünya çempionatının qalibi olmaq Argentina millisinin çiynindən böyük yük götürüb və belə təzyiqsiz oynamaq böyük rahatlıq olacaq.

"Ancaq eyni zamanda, bu, heç nəyə zəmanət vermir, çünki hamı dünya çempionunu məğlub etmək istəyir. Çox yaxşı komandalar var - İspaniya, Fransa, İngiltərə, Braziliya - onlar bir müddət titul qazana bilməyiblər və yenidən titul qazanmaq istəyirlər, həmçinin Almaniya", - o əlavə edib.

2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Qırx səkkiz komanda iştirak edəcək.

Əlaqəli Xəbərlər