Menyu

"Yuventus"un serbiyalı hücumçusu əməliyyat olundu

Operativ Media
"Yuventus"un serbiyalı hücumçusu əməliyyat olundu
1 dəq oxu

"Yuventus"un hücumçusu Duşan Vlahoviç uğurla əməliyyat olunub.

Operativ Media xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

Oyunçunun üç-beş ay ərzində meydana qayıtması gözlənilir. Bu gündən isə Vlahoviç reabilitasiyaya başlayacaq.

Qeyd edək ki, serbiyalı futbolçu A Seriyasının 13-cü turunda "Kalyari"yə qarşı (2-1) oyunda sol ayağında əzələsini zədələyib. Daha sonra ona uzun vətər birləşməsinin yırtılması diaqnozu qoyulub.

Əlaqəli Xəbərlər