"Fənərbaxça" və "Qalatasaray"ın oyunçusu saxlanılıb - YENİLƏNİB

Futbolda mərc oyunları ilə bağlı aparılan istintaq genişlənir.
Operativ Media xəbər verir ki, məsələ ilə bağlı İstanbul Respublika Baş Prokurorluğu açıqlama yayıb.
Açıqlamada bildirilib ki, mərc istintaqı çərçivəsində keçirilən əməliyyat zamanı "Adana Dəmirspor"un sabiq prezidenti Murad Sançak, keçmiş hakim və şərhçi Ahməd Çakar, hakim Zorbay Küçük, futbolçular Mert Hakan Yandaş və Metehan Baltacı da daxil olmaqla, 27-si futbolçu olmaqla ümumilikdə 46 nəfər saxlanılıb.
***
11:39
İstanbul Baş Prokurorluğu futbolda mərc oyunları ilə bağlı istintaq çərçivəsində yeni əməliyyatlara başlayıb.
Operativ Media NTV-yə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının hakimlərin mərc oyunlarında iştirak etdiyini aşkarlamasından sonra başlayan istintaq çərçivəsində əməliyyatlar genişlənib.
Çoxsaylı klub idarəçisi və futbolçu barəsində saxlanılma qərarı çıxarılıb.
Qeyd edək ki, bir müddət əvvəl İstanbul şəhərinin Baş prokuroru Akın Gürlek Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı klub prezidentləri və hakimlərə qarşı əməliyyatın keçiriləcəyinin anonsunu vermişdi.