2025-ci ildə ən çox qazanan qadın idmançılar müəyyənləşib

2025-ci il üçün dünyanın ən çox qazanan qadın idmançılarının siyahısı dərc edilib.
Operativ Media "Sportico" nəşrinə istinadən xəbər verir ki, dünyanın üç nömrəli tennisçisi Koko Qauff bu il ən çox qazanan qadın idmançıların siyahısına başçılıq edib.
Amerikalı tennisçi ardıcıl üçüncü ildir ki, siyahıda birinci olur.
İlk 15-liyə aşağıdakı qadın idmançılar daxildir:
Koko Qauff (tennis) – 31 milyon dollar (8 milyon yarışlardan mükafat və 23 milyon marketinq gəliri);
Arina Sabalenka (tennis) – 30 milyon dollar (15 və 15);
İqa Şvyontek (tennis) – 23,1 milyon dollar (10,1 və 13);
Qu Aylin (fristayl) – 23 milyon dollar (0,02 və 23);
Ginven Cenq (tennis) – 20,6 milyon dollar (1,6 və 19);
Keytlin Klark (basketbol) – 16,1 milyon dollar (0,114 və 16);
Nelli Korda (qolf) – 14,7 milyon dollar (2,8 və 11);
Medison Keys (tennis) – 13,4 milyon dollar (4,4 və 9);
Yelena Rıbakina (tennis) – 12,6 milyon dollar (8,6 və 4);
Naomi Osaka (tennis) – 11,1 milyon dollar (2,5 və 10);
Simone Bayls (gimnastika) – 11 milyon dollar (0 və 11);
Amanda Anisimova (tennis) – 10,8 milyon dollar (7,3 və 3,5);
Cessika Pequla (tennis) – 10,4 milyon dollar (5,5 və 5,0 milyon);
Venus Vilyams (tennis) – 10,2 milyon dollar (0,219 milyon və 10,0 milyon);
Gino Titikul (qolf) – 10,1 milyon dollar (7,6 milyon və 2,5 milyon).