Balakişi Qasımov yenidən Azərbaycan Qılıncoynatma Federasiyasına prezident seçildi
Operativ Media
Balakişi Qasımov yenidən Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) prezidenti seçilib.
Operativ Media xəbər verir ki, bu gün federasiyanın ümumi yığıncağı keçirilib.
Tədbirdə AQF rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Balakişi Qasımov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər.
İcraiyyə Komitəsinə Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq Sadıqov və Adilə Əhmədova üzv seçiliblər.
Xatırladaq ki, B.Qasımov 2024-cü ildən AFFA-nın vitse-prezidenti postunu tutur.