Menyu

Leroy Mikelsin vurduğu qol ən yaxşı seçildi

Operativ Media
Leroy Mikelsin vurduğu qol ən yaxşı seçildi

Azərbaycan Premyer Liqasında noyabr ayının ən yaxşı qolunun müəllifi açıqlanıb.

Operativ Media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Münsiflər heyətinin səsinə əsasən, Misli Premyer Liqasında "Ayın qolu" layihəsinin qalibi "Zirə"nin futbolçusu Leroy Mikels olub.

I Liqada isə Seymur Məmmədov ("Mingəçevir"), II Liqada Ceyhun Rəcəblinin ("Şəmkir") qolu ən yaxşı seçilib.

Əlaqəli Xəbərlər