Menyu

Emin Əmrullayev Gürcüstanın ali təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Operativ Media
Emin Əmrullayev Gürcüstanın ali təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Dekabrın 5-də elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın qabaqcıl ali təhsil müəssisələrindən olan Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinə səfər edib. 

Operativ Media-ya bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində elm və təhsil naziri sözügedən universitetlərin laboratoriyaları və maddi-texniki bazası ilə yaxından tanış olub, eyni zamanda ali təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

Nazir həmçinin, səfər çərçivəsində Gürcüstan Parlamentinin Təhsil, elm və gənclərlə iş üzrə komitəsinin sədri Mariam Laşxi ilə görüşüb.

Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində, xüsusilə ümumi və ali təhsil pillələri üzrə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

 


Əlaqəli Xəbərlər