Biləsuvarda yol qəzasında ölən 5 nəfərin şəxsiyyəti məlum olub - YENİLƏNİB
Operativ Media
Biləsuvar rayonunda baş vermiş ağır yol qəzasında ölən 5 nəfərin kimliyi məlum olub
Operativ Media xəbər verir ki, hadisə nəticəsində sürücü Vasif Həsənli (2003-cü il təvəllüdlü) və sərnişinləri; Rusif Həsənli (2001), İldırım Həsənli (1990), Məhəmməd Məmmədli (2000), Əliqardaş Rəsulzadə (2007) dünyasını dəyişib.
Qeyd edək ki, V. Həsənli və R. Həsənli qardaşdırlar, İ.Həsənli isə onların əmisi oğludur.
Faktla bağlı araşdırma aparılır.
***
09:55
Biləsuvarda avtomobil kanala aşıb, 5 nəfər ölüb.
Operativ Media xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndində baş verib.
Gecə saatlarında kənddə yolda idarəetmədən çıxan "Lexsus" markalı minik avtomobili kanala aşıb. Nəticədə maşında olan 5 nəfər suda boğularaq ölüb.