Menyu

Göygöldə maşın aşıb, ölən var - YENİLƏNİB

Operativ Media
Göygöldə maşın aşıb, ölən var - YENİLƏNİB

Göygöldə minik avtomobilinin aşıb deformasiyaya uğraması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media-nın məlumatına görə, qəza zamanı 1983-cü il təvəllüdlü M. Kalpanov həyatını itirib.

Hadisə zamanı avtomobildə olan daha 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılır.

Qəza barədə məlumat daxil olduqdan dərhal sonra FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları əraziyə cəlb olunub.

Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan mərhumun meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əraziyə polis əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülür. Faktla bağlı araşdırma aparılır.

20:22

Göygöldə ölümlə nəticələnən ağır qəza olub.

Operativ Media-nın məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki hərəkətdə olan NİVA markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb. Minik maşını aşandan sonra deformasiyaya uğrayıb.

Dərhal əraziyə FHN-nin və polis əməkdaşları cəlb edilib.

Əlaqəli Xəbərlər