Menyu

"Napoli" 38 ildən sonra uğurunu təkrarladı

Operativ Media
"Napoli" 38 ildən sonra uğurunu təkrarladı

"Napoli" 2025-ci ildə İtaliya A Seriyasında ev oyunlarının heç birində məğlub olmayıb.

Operativ Media xəbər verir ki, Neapol klubu ötən gün 14-cü tur çərçivəsində evdə "Yuventus"u 2-1 hesabı ilə məğlub edib. Bu, komandanın 2025-ci ildə sonuncu ev oyunu olub.

Antonio Kontenin komandası bu il A seriyasında "doğma divarlar" arasında məğlubiyyətsiz oyunlar keçirib. 1987-ci ildən bəri, 38 il ərzində ilk dəfədir ki, neapollular bir təqvim ilini belə başa vurur.

Qeyd edək ki, 14 oyundan sonra aktivində 31 xal olan "Napoli" turnir cədvəlininin zirvəsində qərarlaşıb.

Əlaqəli Xəbərlər