Menyu

"Qarabağ"ın "Ayaks"la oyununi idarə edəcək hakim bəlli oldu

Operativ Media
"Qarabağ"ın "Ayaks"la oyununi idarə edəcək hakim bəlli oldu

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununun təyinatları bəlli olub.

Operativ Media-nın məlumatına görə, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FIFA referisi Rade Obrenoviç idarə edəcək. Ona Jure Praprotnik və Grega Kordež köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirəcək. VAR-da Matej Jug, AVAR-da Alen Borošak əyləşəcək.

Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Əlaqəli Xəbərlər