Menyu

"Qarabağ" "Ayaks" oyunu öncəsi azarkeşlərə müraciət etdi

Operativ Media
"Qarabağ" "Ayaks" oyunu öncəsi azarkeşlərə müraciət etdi

"Qarabağ" Bakıda Niderland təmsilçisi "Ayaks"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunun oyunundan əvvəl azarkeşlərə müraciət edib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Klub azarkeşləri stadiona erkən gəlməyə çağırıb:

"Dekabrın 10-da UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” matçını izləmək üçün azarkeşlərimizi stadiona erkən gəlməyə çağırırıq.

Bu, stadiona rahat daxil olmağınıza, sıxlıqdan yayınmağınıza və komandamızın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək.

Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq.

Qeyd edək ki, qapılar qarşılaşmaya 2 saat 30 dəqiqə (saat 19:15) qalmış açılacaq.

Vaxtında gəl – dəstəyini tribunadan göstər!".

Əlaqəli Xəbərlər